SERTİFİKATLAŞDIRMA MƏLUMATI
(XAD)
Bu mobil qurğu radiodalğaların təsiri haqda əsas təlimat
tələblərinə cavab verir.
Sizin mobil telefon radio ötürücüsü və qəbuledicisidir. Bu
cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş
radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu əsas prinsiplər elmi
araşdırmaların mütəmadi və hərtərəfli dəyərləndirilməsi
nəticəsində müstəqil elmi təşkilatlar tərəfindən
hazırlanmışdır.
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
© 2007 Nokia. Bütün hüquqlar qorunur
67
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi
Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi
istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş
XAD həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma
ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş
tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində
keçirilir. İstifadə edilən qurğunun XAD səviyyəsi maksimal
dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə
ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu
rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin
şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə
olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi
zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi
0,95 V/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi XAD
dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən
və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri
fərqlənə bilər. XAD barədə əlavə məlumat mal haqda
məlumatın ardınca www.nokia.com saytında verilə bilər.
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
© 2007 Nokia. Bütün hüquqlar qorunur
68