Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu
söndürün və bütün işarələrə və göstərişlərə riayət edin.
Potensial partlayıcı atmosferi olan ərazi adətən
avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən
ərazıni əhatə edir. Belə ərazilərdə qığılcımlar partlamaya
yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta
ölümlə nəticələnir. Telefonu xidmət stansiyalarında olan
qaz nasosları kimi yanacaq stansiyalarında söndürün.
Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış
əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət
T ə h l ü k ə s i z l i k l ə b a ğ l ı ə l a v ə m ə l u m a t
© 2007 Nokia. Bütün hüquqlar qorunur
65
edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə
olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bunlara
qayıqlarda göyərtənin aşağısı, kimyəvi maddə daşıma və
ya saxlama yerləri və havada toz, metal tozları və ya
müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin
avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.