Nokia 2600 classic - Tullanması

background image

Tullanması

Məhsulunuzun, kitabçanın və ya qablaşdırmanın

üzərindəki üstündən xətt çəkilən təkərli zibil qutusu

şəkli sizə xatırladır ki, Avropa İttifaqında bütün

elektrik və elektronik məhsullar, batareyalar və

akumulyatorlar istifadə müddətləri bitdikdə ayrıca toplama

yerlərinə aparılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş

bələdiyyə tullantılarının arasına yerləşdirməyin.
Nəzarətsiz tullantılar nəticəsində ətraf mühitə və ya insan

sağlamlığına zərər vurmanın qarşısını almaq və material

resurslarının yenidən istifadə edilə bilməsi üçün

məhsulları toplama məntəqələrinə aparın. Toplama

barədə məlumatı pərakəndə satıcıdan, yerli tullantı üzrə

idarələrdən, milli istehsalçıya nəzarət edən təşkilatlardan

və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün məhsulun Eko-Bəyannaməsinə və

ya ölkəyə xas məlumatlara bu ünvandan baxın

www.nokia.com.

B a x ı m v ə t e x n i k i q u l l u q

© 2007 Nokia. Bütün hüquqlar qorunur

61